Xorvatiya Futbol Federasiyasına prezident seçkilərində Davor Suker qalib olub. Sportnet.az-ın məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdəki oteldə reallaşan seçimdə, 2012-ci ildən bu vəzifəni icra edən Suker yenidən prezident seçilib.
Seçkilərdə yeganə namizəd olan Şuker 52 İcraiyyə Komitəsi üzvündən 48-nin etimadını qazanıb. 3 nəfər bitərəf qalıbsa, cəmi bir nəfər Şukerə səs verməyib.
49 yaşlı əfsanəvi futbolçu ona etimad göstərənlərə təşəkkür edib. O, federasiyanın sadəcə böyük klublardan ibarət olmadığını sözlərinə əlavə edib.