1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Foqts "Bavariya"nın siyasətini tənqid etdi
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniyanın "Bavariya" futbol klubunun transfer siyasəti ilə razı deyil.
Sportnet.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis narazılığını yerli mətbuata açıqlamasında dilə gətirib.
O, klub rəhbərliyinin ulduz futbolçu transferlərinə böyük məbləğdə vəsait ayırmamasına qarşı çıxıb: "Hər dəfə 20 milyon avroya 3 adi oyunçu almaqdansa, 80-90 milyon avroya bir futbolçu transfer etmək daha yaxşıdır. "Bavariya" bunu edə bilər. Komandaya təzə qan, həmçinin, hücumameylli cinah oyunçuları lazımdır. Ən yaxşısı isə müqaviləsini daha bir il uzada bilməsi üçün Yupp Haynkeslə razılığa gəlinməlidir".
Qeyd edək ki, "Bavariya"nın prezidenti Uli Höness və İdarə Heyətinin sədri Karl-Haynts Rummenige ulduz futbolçu transferlərinə yüksək məbləğdə vəsait ayırmayacaqlarını dəfələrlə vurğulayıblar. Onlar öz yetirmələri ilə işə diqqət yönəldəcəklərini bildiriblər.