
İtaliya A seriyasında 19-cu turun ilk matçında "Napoli" səfərdə "Krotone" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 17-ci dəqiqəsində Marek Hamşik komandasına qələbə qazandıran qola imza atıb.