Türkiyənin "Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Deniz Yılmazı "Karabükspor”a təklif edib.
Sportnet.az xəbər verir ki, Bursa təmsilçisi Antalya toplanışına aparmadığı 29 yaşlı forvardı "Karabükspor”dan Andre Biyogo Pokonu transfer etmək üçün istifadə etməyi düşünür. Denizlə yanaşı Bilal Kısa, İsmail Konuk ve Merter Yüce də qarşı tərəfə təklif olunub.
"Bursaspor” Pokonun əvəzinə bu futbolçulardan ikisini və müəyyən məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, Deniz Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb.