"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışını keçmək üçün Antalyaya yollanıb.
Sportnetl.az-ın klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi günorta saatlarında IC Santai otelində məskunlaşıb. Hazırlıq komandanın baş məşqçi Qurban Qurbanovun futbolçularla toplantısıyla başlayıb.
Daha sonra futbolçuları yüngül qaçışların ardınca fiziki tapşırıqlarla məşqi yekunlaşdırıb. Komanda yerli saatla 18:30-da futbolçular məşqə çıxıb.
Qeyd edək ki, komandanın legioner üzvləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq.