1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanlılar top almağa həvəsli deyillər" - MÜSAHİBƏ
"Keşlə”nin baş məşqçisi Yuri Maksimov "Qaradağ Lökbatan”anı 3:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- 3:1 hesabı ilə qalib gəldiniz. Oyun barədə fikirləriniz necədi?
- Nəticə əhəmiyyət kəsb etmirdi. Bu, toplanışın əvvəlidir. Əsas məqsəd yeni və baxışda olan futbolçuları sınamaq idi. Yəni, oyuna o qədər də ciddi yanaşmırdıq.
- Azərbaycan Premyer Liqasında debüt edəcəksiniz. Çempionatın ikinci yarısı barədə planlarınız nədir?
- Azərbaycan futbolçuları çox texnikalıdır. Futbolçularınızın bir mənfi xüsusiyyəti var ki, mübarizə aparıb, top almağa həvəsli deyillər. Amma görürəm ki, onlar istəsələr, bunu da bacararlar. Daha aqressiv oynamaq lazımdır, gözləri alışıb-yanmalıdır. Düşünürəm ki, iş prosesində bütün bunları qaydasına salacağıq.
- Komandanın turnir cədvəlindəki durumu o qədər də yaxşı deyil. "Keşlə” rəhbərliyi qarşınıza hansı məqsədləri qoyub?
- Təbii ki, qarşıma müəyyən məqsədlər qoyulub. Məsələyə fərqli yanaşıram. Əsas futbolçuların oynamasıdır. Əlimizdəki oyunçulara baxacağıq ki, hansılar bizə kömək edə bilərlər və yenilərini axtaracağıq. Ən əsası odu ki, oyun planında dəyişikliklər olsun. Futbolçular müsbətə dəyişsin və qələbəyə oynasınlar.
- Baxışda olan futbolçular barədə nə deyə bilərsiniz?
- Bəziləri bizə uyğun gəlir, bəziləri isə yox. Amma indidən bu haqda danışmaq tezdir. Köməkçilərimlə hər gün onları izləyir, baxırıq. Əlimizdə olan maliyyəyə uyğun, müəyyən olunmuş məbləğə futbolçular axtarırıq. Əsas odur hər bir məşqçinin istədiyi kimi, öz oyun sistemimiz olsun. Bəzi mövqelərdə isə yerli oyunçuları düşünürük.