1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ardanın vida sözləri
Türkiyə "Başakşehir"ində icarə əsasında çıxış edəcək Arda Turan İspaniyanın "Barselona" klubunun azarkeşləri ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu sosial şəbəkədəki hesabında Kataloniya komandasında çıxış etməklə ən çılqın xəyalını həyata keçirdiyini yazıb. O, fikirlərinə belə davam edib: "Heç bir xəyal sehrlə gerçəyə çevrilə bilməz. Bir xəyalpərəst olaraq, bunun üçün cəsarət, qərarlılıq və gərgin əməyin lazım olduğunu yaxşı bilirəm. Günlərin birində "Barselona" komandasının formasını geyinmək ən çılqın xəyallarımdan biri idi. Bu arzumu həyata keçirdiyim üçün son nəfəsimədək özüm-özümlə qürur duyacağam. Amma indi vida zamanıdır. Ən azı, bir müddətlik".
Daha sonra Arda meydanda və meydandan kənarda hər anın dadını çıxarmasını təmin edən komanda yoldaşlarına, "Nou Kamp"da adını səsləndirən azarkeşlərə səslənib: "Sizin üçün mübarizə aparmaq imkanı əldə etdiyim hər bir dürsət məndən ötrü çox qiymətli idi. Təkcə mənim yox, saysız-hesabsız türk övladının röyasını gerçəkləşdirən klubum, yenidən çox sevdiyiniz adama dönməyim üçün nə lazımdırsa, edəcəyəm. Aramızdakı məsafənin isə heç bir önəmi yox. Birlikdə yaşadığımız xatirələr sonadək qəlbimdə olacaq. Gücümə güc qatacaq, yolumu aydınlaşdıracaq".
Qeyd edək ki, Arda Turan "Barselona"dan "Başakşehir"ə 2,5 illik icarəyə verilib.