Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Anartosis” klubu Kipr çempionatının XX turunda səfərdə "Apollon"la üz-üzə gəllib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Abdullayev matça start heyətdə başlayıb və 89-cu dəqiqəyədək meydanda olub. Hesabı 12-ci dəqiqədə onun komandası açıb. "Anortosis"i Daglao önə keçirib. Birinci hissə bu hesabla başa çatıb. 60-cı dəqiqədə isə meydan sahiblərindən Fotis Papulis bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "Anortosis" 41 xalla 3-cü pilləyə enib. 40 xalı olan "Apollon" 4-cüdür. Əvəzində AEK 43 xalla 1-ci, APOEL 42 xalla 2-ci pilləyə yüksəlib.









































































