Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov eyni zamanda kapitanı olduğu "Qarabağ"ın səhər məşqinə qatılıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesində legionerlərdən Tarik Elyunussi də iştirak edib. Norveç millisinin yarımmüdafiəçisinin İsveç AİK-inə keçəcəyi bildirilir. Sadıqov isə bu gün yığmanı Türkiyə "Alanyaspor"unun U-21 yığması ilə ilk yoxlama matçına çıxaracaq.