İspaniyanın "Luqo" komandasının qapıçısı Xuan Karlos doğum günündə meydanın özlərinə aid hissəsindən Xixon "Sportinq"inin qapısına qol vurub.
Sportnet.az-ın məlumatına görə, bu, ölkənin səviyyəcə ikinci liqası sayılan Sequndanın XXIII tur matçında baş verib.
30 yaşlı qolkiper təqribən 65 metr məsafədən dəqiq zərbə endirib. O, həm də karyerasında ilk dəfə fərqlənib. Görüş isə "Luqo"nun qələbəsi ilə yekunlaşıb.







































































