Almaniya Bundesliqasının 19-cu turanda "Bavariya" doğma meydanda "Verder" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Jerome Gondorf 25-ci dəqiqədə hesabı açıb. "Bavariya"nın bu qola cavbı 41-ci dəqiqədə gəlib. Tomas Müller bərabərlik qolunu vurub. Birinci hissə bu hesabla başa çatıb
63-cü dəqiqədə Robert Levandovski komandasını hesabda önə keçirib. 74-cü dəqiqədə isə Niklas Suele avtoqola imza atıb və hesab 2:2 olub. 76-cı dəqiqədə Levandovski özünün ikinci qolunu vurmaqla komandasını yenidən önə keçirib. 84-cü dəqiqdə isə Tomas Müller matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu qələbədən sonra "Bavariya" xallarının sayını 47-ə çatdırıb və ən yaxın izləyicisi "Bayer Leverkuzen"lə xal fərqini 16-a yüksəldib.





































































