İngiltərə Premyer Liqasının 25-ci turunda davam edən "Tottenhem" - "Mançester Yunayted" matçı London klubunun yarımmüdafiəçisi Kristian Eriksen üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, danimarkalı futbolçu 10-cu saniyədə fərqlənməklə İngiltərə Premyer Liqa tarixinin ən erkən ikinci qoluna imza atıb.
Qeyd edək ki, qarşılaşmada ilk hissədən sonra "Tottenhem" klubu 2:0 hesabı ilə öndədir.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında ən erkən qol 2000-ci ildə qeydə alınıb. "Tottenhem"in futbolçusu Ledli Kinq 9.7-ci saniyədə "Bradford Siti" ilə matçda fərqlənib.





































































