İngiltərənin "Arsenal" klubu türk əsilli futbolçu Mesut Özilin müqaviləsini yeniləyib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi London klubu ilə 3.5 illik müqavilə imzalayıb.
Yeni müqaviləyə əsasən Özil 2021-ci ilədək "topçular"ın şərəfini qoruyacaq.







































































