"Qarabağ”ın futbolçusu Əfran İsmayılovun zədəsi sağalıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin Moldova yığması ilə yoldaşlıq görüşündə damarı dartılan 30 yaşlı yarımmüdafiəçi medyana çıxmağa hazırdır.
O, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə fevralın 25-də "Kəpəz”lə ev oyununda iştirak edə biləcək.
Qeyd edək ki, matç saat 18:00-da başlayacaq.