Ötən ilədək Türkiyə Super Liqasında mübarizə aparmış "Qaziantepspor" komandası gələn mövsümdən etibarən Türkiyənin səviyyəcə III sayılan Liqasında çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, bu, komandanın Türkiyə I Liqasının XXVI turunda səfərdə "Rizespor"a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra dəqiqləşib. Rəqib azarkeşlər bundan məyus olan Antep təmsilçisinin futbolçularını tribunalara çağıraraq alqışlayıblar. "Qaziantepspor"da bu mövsüm mailiyyə problemləri səbəbindən gənc futbolçular oynayırdı.