
"Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu daha bir rekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, o, İspaniya La Liqasının hesabat turunda 3 qol vurmaqla daha bir ilkə imza atıb.
Portuqaliya millisinin kapitanı Bilbao "Atletik"i ilə matçda 3 dəfə fərqlənərək, het-trik sayını 22-yə yüksəldib. Beləliklə, ulduz futbolçu Primerada ən çox het-trik edən əfsanəvi futbolçular - Telmo Sarra və Alfredo di Stefanoya çatıb.