1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda “Neymar Jr’s Five” turniri üçün seçimlər
Azərbaycanda AFFA-nın dəstəyi ilə "Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seçimlər mayın 19-da Gəncədə, mayın 26-da Lənkəranda, 1 - 3 iyunda isə Bakıda təşkil olunacaq. Həmçinin, milli final mərhələsi iyunun 17-də paytaxtda gerçəkləşəcək.
Yarışmada tərkibi 6 nəfərdən ibarət komandalar iştirak edə bilər. Oyunçulardan 4-ü 16 - 25 yaşlı, digər 2-si isə 25 yaşdan böyük ola bilərlər.
Qeyd edək ki, "Neymar Jr’s Five” futbol turniri Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir.
"Neymar Jr’s Five” qlobal futbol turniridir və dünyanın hər tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ildə turnirdə Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən 100 mindən artıq oyunçu iştirak edib. Builki yarışda 6 qitədən 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Oyunçular öz ölkələrində qalib olmaqla, 21 iyulda Braziliyanın Praya-Qrande şəhərində üçüncü dəfə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.