1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın istədiyi daha bir hücumçu
Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü "Qarabağ"a keçə bilər.
Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağdam komandası 20 yaşlı hücumçunu heyətinə cəlb etmək istəyir. Gənc forvardla Hollandiya "Feyenoord"u da maraqlanır.
Kökçü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiya "Valveyk"ində keçirsə də, müqavilə üzrə Türkiyə "Bursaspor"una məxsusdur. "Timsahlar"ın yeni baş məşqçisi Samet Aybaba gənc futbolçuları heyətə qaytarmaq niyyətindədir. Bu səbəbdən, istedadlı forvardın gələn mövsümdən "ağ-yaşıllar"ın heyətində meydana çıxacağı da istisna deyil.
Qeyd edək ki, Ozan Can Kökçü bir neçə gün əvvəl Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının təlim-məşq toplanışına qatılıb. O, Gürcüstan (1:2) və Makedoniya (1:1, 0:1) ilə görüşlərdə meydana çıxıb.