"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sloveniyada "Olimpiya"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, Lyublyana təmsilçisi bir daha yaxşı komanda olduğunu nümayiş etdirib. O, komandasının meydanda çoxlu güc sərf etdiyini də vurğulayıb: "Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Cavab görüşünə tam ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq.