İngiltərə Premyer Liqasının ötən turunda "Çelsi"nin "Arsenal"ı 2:0 hesabı ilə məğlub etdiyi oyunda Arsen Vengerin həmkarı Joze Mourinyonu itələməsi hələ də müzakirə olunur. Sportnet.az-ın məlumatına görə, qarşılaşmadan sonra "peşman deyiləm, üzr istəyəcək bir şey yoxdur" deyən Venger daha sonra Fransa mətbuatına açıqlaması zamanı fikrini dəyişib: "Bu hadisəyə çox böyük önəm verdilər. Geriyə dönüb baxdığım zaman belə hərəkət etməməli olduğumu düşünürəm. Futbol meydanlarında şiddətə yer yoxdur. Bu üzdən üzr istəyirəm. Amma Mourinyo məni təxribata çəkdi. Mən belə hiss etdim".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |