Topaz Premyer Liqasında 2018/2019 mövsümünün ilk turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Neftçi" matçı Rauf Cabbarova, "Keşlə" - "Sabah" oyunu Rəhim Həsənova, "Qəbələ" - "Səbail" görüşü isə Əliyar Ağayevə tapşırılıb.
Qeyd edək ki, turun "Qarabağ" - "Zirə" oyunu 26 sentyabr tarixinə təxirə salınıb.
11 avqust (şənbə)
"Sumqayıt” – "Neftçi”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"Dalğa Arena”, 20:00
12 avqust (bazar)
"Keşlə” – "Sabah”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
"ASK Arena”, 21:00
"Qəbələ” – "Səbail”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu, 19:00










































































