
"Ilk oyunum idi. Futbolçularımı başa düşürəm. Futbolçularıma demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi postunda debüt edən Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Səbail” ilə 1:1 hesablı bərabərlikdən sonra deyib.
39 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, sistemdən yox, oyunlarında narazıdır: "Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. "Sumqayıt”da fərqli idi, burada fərqli. Bu gün iki futbolçumuz – Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər. Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq".