Topaz Premyer Liqasının 6-cı turunda "Zirə”ni məğlub edən "Sumqayıt” klubu bu gündən etibarən "Səbail”lə oyunun hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv bu gün saat 11:00-da "Kapital Bank Arena”nın köməkçi meydançasında məşqə çıxıb.
Hazırlığın ilk hissəsində yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənən komanda ikinci hissədə iki qrupa bölünüb. Belə ki, "Zirə” ilə qarşılaşmada meydanda olanlar fitness zalında, digər futbolçular isə meydanda toplu hərəkətlər üzərində çalışıb.
Qeyd edək ki, "Səbail” – "Sumqayıt” qarşılaşması 5 oktyabr, saat 19:00-da "Bayıl Arena”da keçiriləcək.