"Qəbələ”nin futbolçusu Sabien Lilay Albaniya millisinə çağrılıb.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi İsraillə UEFA Millətlər Liqasının səfər matçı üçün heyətə daxil edilib.
Millinin baş məşqçisi Kristian Panuççi Lilaya ilkin heyətdə yer verməsə də, Frederik Veseli və İlber Ramadaninin zədələnməsi italiyalının planlarından dəyişiklik etməsinə səbəb olub.
Qeyd edək ki, Albaniyanın İsraillə səfər matçı sabah baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.