UEFA Millətlər Liqasının hazırda davam edən Malta ilə oyunu milli komandamızın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmanı yubiley – 10-cu dəfə meydana çıxarıb.
Eyni zamanda, bu, komandamızın 2018-ci ildə 10-cu matçıdır. Millimiz bu oyunlarda 3 qələbə qazanıbsa, 4 dəfə də heç-heçə edib. Daha 2 qarşılaşma isə məğlubiyyətlə yekunlaşıb.
Rəqib qapılarından 11 qol keçirən yığmamız, 7 qola üzülüb.
Millətlər Liqasında isə 1 qələbə və 2 heç-heçəsi olan milli top fərqində də öndədir – 4:1.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab açılmayıb.


















































































