
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra "Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
23 sentyabr 2018-ci il tarixində Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Keşlə” – "Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq klubun məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib.
A.Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.
Qeyd edək ki, A.Dioçenko bir müddət əvvəl ailə problemlərini əsas gətirərək, "Sumqayıt”dan ayrılıb.