
"Neftçi” klubu bu gün "Qarabağ"la keçirəcəyi Topaz Premyer Liqasının IX tur matçına itki ilə çıxacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski yüngül zədəli olduğu üçün görüşü buraxacaq. Zədəsi hələ sağalmayan Ruslan Abışov da oyunda iştirak etməyəcək.
Xatırladaq ki, "Bakcell Arena”da təşkil olunacaq matç saat 17:00-da start götürəcək. Qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olan oyun biletlərini "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Görüşdən əvvəl azarkeşlər üçün təşkil olunacaq fanzonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdır.