1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, Azərbaycanın El Klasikosu idi"
"Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdir və bir pillə aşağıda qərarlaşıb. Yəni, qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu, Azərbaycanın El-Klasikosudur".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IX turundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu baş məşqçi Roberto Bordinin tapşırıqlarını lazımınca yerinə yetirdiklərini bildirib: "Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün "Neftçi” camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik”.
Qeyd edək ki, Dario Frederiko "Neftçi"nin ilk 2 qolunun məhsuldar ötürmə müəllifi olub.