1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi", "Qarabağ" və "Səbail"ə cəza
AFFA İntizam Komitəsi "Səbail" klubunun futbolçusu Yegneni Koçuku bir oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna moldovalı hücumçunun "Keşlə" ilə Azərbaycan Premyer Liqasının IX tur matçının 49-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub. Koçuk X turda "Zirə" ilə səfər matçında iştirak etməyəcək. Onun klubu isə 200 manat cərimə ödəyəcək.
"Neftçi" - "Qarabağ" matçında isə meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, iki klub hərəyə 800 manat ziyana düşüb. "Neftçi"yə daha 800 manat cərimə isə 58-ci dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları üzündən kəsilib.