
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Ukrayna ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün birinci hissəsində Azərbaycan millisinin heyətində Ozan Can Kökçü qırmızı vərəqə alıb. Lakin razılaşmaya əsasən komanda azlıqda qalmayıb. Kökçünü isə komanda yoldaşı əvəzləyib. Digər razılaşma isə oyun ərzində hər komandada 8 dəyişikliyin edilməsinə dair olub.
15 noyabr
Yoldaşlıq görüşü
20:00. Azərbaycan - Ukrayna - 0:1
Qol: Musolitin, 80
Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Pərvin Talıbov, Kamal Umudlu (hamısı Azərbaycan)
"Dalğa Arena"