Azərbaycan milli komandasının Millətlər Liqasının qrup mərhləsinin sonunçu matçı "Qəbələ" klubunun futbolçusu Təmkin Xəlilzadə üçün əlamətdar olub.
Sportnet. xəbər verir ki, start heyətdə meydana çıxan müdafiəçi yığma komandada 10-cu matçını keçirib. Xəlilzadə bu qarşılaşmalarda bir qola imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin VI turunda Kosovoya 0:4 hesabı ilə məğlub olduqdan sonra turnirlə vidalaşıb.