1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sabah" yeni sponsorla anlaşdı
"Sabah" klubu "Bank Respublika" ilə sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, müqaviləyə bankın İdarə Heyətinin sədr müavini Elnur Həsənov və klub prezidenti Maqsud Adıgözəlov imza atıb. Müqaviləyə əsasən, "Sabah”ın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/2019 mövsümünün qalan müddətində üzərində "Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubumuzun ev oyunlarını keçirdiyi "Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
"Sabah” Topaz Premyer Liqasının XII turunda "Qarabağ”la səfər matçına "Bank Respublika" yazılı forma ilə çıxacaq. Noyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.