1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin həkimi Kamran Ağayevi yalançı çıxardı - VİDEO
Azərbaycan yığmasının həkimi Vyaçeslav Xomenko Kosovo ilə UEFA Millətlər Liqasının son tur oyununda iştirak etməyən qapıçı Kamran Ağayevin durumuna aydınlıq gətirib. Sportnet.az xəbər verir ki, ukraynalı tibb mütəxəssisi "Xəzər" TV-yə açıqlamasında təcrübəli qolkiperin Farer adaları ilə Bakıdakı görüşün ilk yarısında aldığı zədənin ciddi olmadığını bildirib.
O deyib: "Oyunun fasiləsində baxdıq. Baldır nahiyəsində yüngül zədəsi var idi. Matça davam edə bilməyəcəyini dedi. Risk etmək istəmədiyimiz üçün razılaşdıq. Oyundan dərhal sonra xəstəxanaya getdik və MRT elətdirdik. Yüngül zədə göstərdi. Baldır hissədə göyərmə, qan yığılması var idi" .
Xomenkonun fikrincə, belə zədələrə tez-tez rast gəlinsə də, oynayıb-oynamayacağına idmançının özü qərar verir: "Çünki bu hisslərlə, ağrılarla oynayacaq adam onun özüdür. Ola bilər ki, hansısa epizodda bu zədə oynamasına mane olsun. Futbolçunun səfərə yollanıb-yollanmaması mənimlə bağlı məqam deyil. Sadəcə, məsləhət verirəm. Getməmək qərarını özü verib. Zədəsi var idi, amma bir daha deyirəm ki, ciddi deyildi. Bunu da bir daha təkrar edirəm: Qərarı oyunçunun özü verib".
Qeyd edək ki, "Keşlə" klubu Kamran Ağayevin millinin düşərgəsindən zədəli qayıtdığını açıqlayıb. Bu səbəbdən, qolkiperin noyabrın 24-də Bakıda "Qəbələ" ilə Topaz Premyer Liqası matçını buraxacağı diqqətə çatdırılıb. Kosovo ilə səfər oyununda Azərbaycan millisinin qapısını Səlahət Ağayev qoruyub. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.