"Neftçi" klubu daha 2 futbolçu itkisi ilə üzləşib.
Sportnet.az xəbər verir ki, bunlar müdafiəçi Kirilo Petrovla yarımmüdafiəçi Qoran Paratskidir. Hər iki futbolçu "Zirə" ilə Topaz Premyer Liqasının XI tur matçında ayağından zədələnib. Bu səbəbdən, onlar "Səbail" komandasına qarşı XII tur matçını buraxmalı olublar. Onların nə zaman sıraya dönəcəkləri məlum deyil.
"Neftçi" daha əvvəl eyni səbəbdən Azərbaycan millisinin futbolçuları Ruslan Abışovla Məhəmməd Mirzəbəyovun xidmətlərindən məhrum olub.
Qeyd edək ki, "Bayıl Arena"da keçirilən "Səbail" - "Neftçi" matçı saat 17:00-da başlanıb.