1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" 13 aydan sonra üç qol vurdu
Azərbaycan Premyer Liqasınn XII turunda "Sumqayıt"la qarşılaşma Samir Abasov üçün "Zirə”nin baş məşqçisi postunda yubiley – 10-cu matç olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan 40 yaşlı mütəxəssisin komandası 10 qol vurub və 12 top buraxıb.
"Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqi ilə qalib gəlib. "Qartallar” Premyer Liqada sonuncu dəfə ötən mövsümün VIII turunda belə qələbə qazanıb. 2017-ci il oktyabrın 14-də komanda öz meydanında "Kəpəz”i 3:0 hesabı ilə yenib.
Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqi ilə qalib gələ bilməyən "Zirə” 2-dən çox qol vurmayıb. Azərbaycan Kuboku da nəzərə alınmaqla, "Zirə" 2017-ci il noyabrın 29-da "Xəzər”i də 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, "Zirə" "Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.