1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçusu bir aylıq sıradan çıxdı
"Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda zədələnən "Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin diaqnozu bəlli olub.
Sportnet.az xəbər verir ki, klubdan "Report”a verilən məlumata görə, dekabrın 15-də keçirilmiş matçın 62-ci dəqiqəsində zədələnərək yerini Murad Xaçayevə verən 26 yaşlı mərkəz müdafiəçisinin topuq bağlarının qopduğu müayinə nəticəsində təsbit edilib. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Futbolçunun yanvarın 15-dən "Sumqayıt”ın Türkiyənin Antalya bölgəsində baş tutacaq hazırlıq prosesi zamanı məşqlərə başlayacağı təxmin edilir. "Neftçi” ilə oyundan qol vurduqdan sonra zədələnən Əli Babayev isə bu gün saat 19:00-da start götürəcək cavab qarşılaşmasında oynaya biləcək.
Qeyd edək ki, Şəhriyar Əliyev müdafiəçi olsa da, cari mövsümdə "Sumqayıt”ın ən məhsuldar oyunçusudur. O, Premyer Liqada 3, Azərbaycan Kubokunda "Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda isə 1 qol vurub.