
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Azərbaycan və İsveçrə yığma komandaları qarşılaşacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Belçikanın Beringen şəhərindəki "Mijnstadion” stadionunda keçiriləcək matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.
Oyunu Yunanıstan və Belçikadan olan olan hakimlər briqadası idarə edəcək.
Oyunu Yunanıstan və Belçikadan olan olan hakimlər briqadası idarə edəcək.
25 oktyabr
Azərbaycan - İsveçrə
Baş hakim: Atenasios Giachos (Yunanıstan)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)
UEFA nümayəndəsi və hakim-inspektor: Uno Tutk (Estoniya)