İspaniyanın “Sevilya” klubu Avstriya “Zaltsburq”unun futbolçusu Munas Dabburu transfer edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı israilli hücumçu ilə 2023-cü ilin yayına qədər müqavilə bağlanılıb. Sövdələşməyə əsasən, forvard cari mövsümün qalan bölümünü də “Zaltsburq”da keçirəcək və iyulun 1-dən “Sevilya”ya qoşulacaq. İspaniyalılar Avstriya klubuna 15 milyon avro ödəyib.
Daha əvvəl İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salahın komandaya Dabburun mümkün transferinə qarşı çıxdığına dair xəbərlər yayılıb.
Qeyd edək ki, Munas Dabbur Avstriya çempionatının cari mövsümündə 18 oyuna 9 qol vurub. İsrail millisində 2014-cü ildə debüt edən hücumçunun hesabında 12 matçda vurulmuş 3 qol var.