"Neftçi” komndası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışın 8-ci günündə səhər məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, məşqdən əvvəl klub prezidenti Kamran Quliyev futbolçularla 20 yanvar hadisələri haqda danışıb. Sonra Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Hazırlıq axşam məşqi ilə davam edəcək.