
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandası bu gün son yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Premyer Liqanın debütantı İsveçrə “Syon”unun U-21 komandası ilə qarşılaşıb. Belek qəsəbəsindəki “İC Santai” otelinin futbol meydanında təşkil olunmuş matç 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah"ın qollarını 14-cü dəqiqədə penaltidən ən yaxşı bombardiri Marko Deviç, 38-ci dəqiqədə Elşən Abdullayev, 64-cü dəqiqədə yeni transfer Təmkin Xəlilzadə və 90-cı dəqiqədə Filip İvanoviç vurub.
Daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0, Macarıstan MTK-sını isə 3:1 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstanın “Tobol” komandası ilə heç-heçə edib - 2:2.
Yoxlama oyunu
16:00. "Sabah" - "Syon" U-21 4:4
Qollar: Marko Deviç, 14 (pen.). Elşən Abdullayev, 38. Təmkin Xəlilzadə, 64, Filip İvanoviç, 90
Belek, "İC Santai" otelinin futbol meydanı
"Sabah"ın start heyəti: 30. Saşa Stamenkoviç, 33. Eltun Turabov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev, 2. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 15. Erik Ramos, 9. Marko Deviç, 8. Elşən Abdullayev