"Neftçi" klubu Türkiyənin Antalya bölgəsinə çağırdığı Yunanıstan OFİ-sinin futbolçusu Vangelis Platellasla anlaşma əldə edib.
Sportnet.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, 31 yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə bağlanılacaq. Sözləşmə tibbi müayinədən sonra rəsmiləşəcək. "Neftçi"nin Platellasa ildə 130 min avro, OFİ-yə isə 50 min avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Vangelis Platellas karyerası ərzində legioner həyatı yaşamayıb. O, əvvəllər "Kallitea", "Ksanti", AEK, "Atromitos" və "Arif"də forma geyinib. Platellas OFİ-yə 2018-ci ilin yayında 1 illik müqavilə əsasında keçib.