“Qəbələ” komandası Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesinin 10-cu gününü iki məşqlə başa vurub.
Sportnet.az-ın məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv günün ilk məşqini fitnes zalında gerçəkləşdirib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydanda reallaşıb. Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər.