"Fənərbağça" klubu Türkiyənin 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, "sarı-lacivərdlilər" I Liqada mübarizə aparan "Umraniyespor"a hər iki görüşdə 0:1 hesabı ilə uduzub. "Şükrü Saracoğlu" stadionunda keçirilmiş cavab oyununda yeganə qolu 89-cu dəqiqədə Lenadrinyo vurub. Bunadək "Fənər" 67-ci dəqiqədə Martin Şkrtelin qırmızı vərəqə alması üzündən azlıqda qalıb.
Hazırda İstanbul nəhəngi Super Liqada da çətin günlərini yaşayır. 18 turdan sonra 17 xala malik komanda 15-ci pillədə qərarlaşıb. Əvəzində "Fənər" Avropa Liqasında 1/16 finala yüksəlib və Rusiya "Zenit"inə rəqib olub.