
Braziliyanın "Flamenqo" klubunun təlim-məşq bazasında yanğın baş verib.
Sportnet.az "Globo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub. 2 şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yanğın "Flamenqo" Akademiyasında təhsil alan 14 - 17 yaşlı futbolçuların yaşadığı blokda qeydə alınıb.
Rio-de-Janeyroda yerləşən bazada yerli vaxtla saat 5:00 radələrində başlayan yanğın saat 7:20-də nəzarət altına alınıb. Hadisənin səbəbləri bəlli deyil.