Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Samara təmsilçisi Qazaxıstanın "Kaysar" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Şeydayevin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan azərbaycanlı hücumçu 76 dəqiqə meydanda olub.