
I divizionda IX tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Lider "Rəvan" "Şuşa"nın qonağı olub. Matç paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Şəmkir"i qəbul edən "Ağsu" rəqibi meydana çıxmağa peşman edib - 5:0.
MOİK ilə qarşılaşan "Şahdağ" isə görüşdən minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
MOİK ilə qarşılaşan "Şahdağ" isə görüşdən minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
30 oktyabr
MOİK - "Şahdağ” 0:1
Qol: Elmar Yahyabəyov, 78
"Şuşa” - "Rəvan” 2:3
Qollar: Xəzər Bağırov, 13 (p.); Morteza Heydari, 63 - Əli Bağırov, 7; Əli Əliyev, 26, 56
"Ağsu” - "Şəmkir” 5:0
Qollar: Tural Rzayev, 2; Natiq Kərimi, 24; Fərmayıl Əliyev, 69; Vurğun Həsənzadə, 78; Sadiq Ramazanov, 81 (p)










































































