"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın "Astana" komandasının sükanı arxasında ilk kuboku qazanıb.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi Qazaxıstan Super Kuboku uğrunda matçda "Kayrat"ı məğlubiyyətə uğradıb - 2:0. "Astana" bu titula 4-cü dəfə sahib çıxıb. Əvvəllər Superkubok 2011, 2015 və 2018-ci illərdə əldə edilib.
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"ya 2018-ci il iyunun 1-dən baş məşqçi təyin olunub.