
2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 6 komandanın ev oyunlarına gələn azarkeş sayında artım olub.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın 2018-ci il üçün Hesabatında bildirilir. Ən yüksək göstərici "Kəpəz"in ev oyunlarında qeydə alınıb. Hazırda I Divizonda çıxış edən Gəncə təmsilçisinin matçlarına orta hesabla 11831 nəfər gəlib. 2016/2017 mövsümündə isə bu rəqəm 8096 nəfər təşkil edib.
"Kəpəz"dən sonra ən çox azarkeş "Neftçi"nin ev oyunlarında qeydə alınıb - 3696 nəfər. "Keşlə"də 2816, "Zirə"də 1901, "Qarabağ"da 1800, "Sumqayıt"da 1419, "Qəbələ"də 1407, "Səbail"də isə orta hesabla 727 nəfər tamaşaçı olub.
Geriləmə “Qarabağ” və “Sumqayıt”da müşahidə olunub. Müvafiq olaraq, orta hesabla 32 və 1 nəfər azalıb. olsun qorxutmadı. (Report)