"Krılya Sovetov" komandası Rusiya Premyer Liqasında XXI turun açılış oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Samara təmsilçisi Tula "Arsenal"ını qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 66-cı dəqiqədə Luka Corceviç vurub.
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev meydana 73-cü dəqiqədə çıxsa da, "Krılya Sovetov"un məğlubiyyətinə əngəl ola bilməyib.
Bu nəticədən sonra "Krılya Sovetov" 24 xalla 11-ci pillədə qalıb. Xallarını 30-a çatdıran "Arsenal" isə 6-cı pilləyə yüksəlib.