
“Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik.
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXII turunda evdə "Sabah"la qolsuz heç-heçə etdikləri matçda barədə danışarkən deyib.
Gənc mütəxəssis bu gün ümumilikdə pis oynadıqlarını söyləyib: "Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur”.